"Yuventus"un baş direktoru Maurisio Arrivabene futbolçusu Paulo Dibala ilə yeni müqavilə imzalayıb-imzalamayacaqları barədə sualları cavablandırıb. 

Rekord.az xəbər verir ki, o, 28 yaşlı hücumçunun klubun gələcək planlarında yer almadığını bildirib: 

"Dibala ardıq "Yuventus"un planlarının mərkəzində dayanmır. Onun oyun səviyyəsi ilə bağlı müzakirə aparıla bilməz. Amma hər zaman başqa seçimlər var və edilib. Paulo ilə ciddi və etik şəkildə görüşdük. İndi artıq komandada Duşan Vlahoviç var. Geridə qalan qış transfer pəncərəsində "Yuventus"da bəzi şeylər dəyişdi". 

Qeyd edək ki, Dibala 2015-ci ildən "Yuventus"da oynayır. Onun klub ilə sözləşməsi bu mövsümün sonuna qədərdir.