"Yuventus"un və İtaliya yığmasının sabiq futbolçusu Alessandro Del Pyero "Barselona"nın keçmiş oyunçusu, hazırda PSJ-də çıxış edən Lionel Messi haqda xatirələrini bölüşüb.

Rekord.az xəbər verir ki, 47 yaşlı keçmiş forvard "Yuventus"un heyətində "Barselona" ilə keçirdiyi yoldaşlıq matçında ilk və son dəfə Messiyə qarşı oynadığını deyib:

“O vaxtı yaxşı xatırlayıram. Messinin 17 yaşı vardı və insanlar artıq onun haqqında danışırdılar. İlk və sonuncu dəfə idi ki, ona qarşı oynamaq imkanım olmuşdu. Bu, əyləncəli idi. Messi oyun boyu çox yaxşı çıxış etdi. Komanda yoldaşlarımla onu müzakirə etdik. Messi, inanılmaz idi. Mən hətta Lioneli yıxmaq üçün onu vurmağa çalışdım, amma bacarmadım".

Qeyd edək ki, hazırda 35 yaşı olan Messi 2021-ci ildə "Barselona"dan ayrıldıqdan sonra PSJ-yə keçib. Argentinalı hücumçu ötən mövsüm Liqa 1-də 26 oyunda 6 qol vurub və 14 qolun ötürməsini verib.