
De Yonqun yeni klubu bəlli oldu
- 17:00
- 47
Niderland millisinin sabiq üzvü Lük de Yonqun yeni klubu bəlli olub.
Rekord.az xəbər verir ki, 34 yaşlı hücumçu "Portu"ya keçib.
Bu barədə Portuqaliya klubu məlumat yayıb. De Yonq PSV-dən ayrıldıqdan sonra sərbəst agent kimi "Porto"ya qoşulub.
O, ötən mövsüm Erediviziyada 31 oyun keçirərək 14 qol vurub və 8 qol ötürməsi edib.