
De Byazinin köməkçisi İtaliya klubu ilə anlaşdı
- 04 Okt 2022 18:30
- 478
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçilərindən olan Fabio Qallonun yeni iş yeri müəyyənləşib.
Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis İtaliyanın C Seriyasında çıxış edən "Foca"nın baş məşqçisi olacaq.
Qallo mövsümün sonunadək komandaya rəhbərlik edəcək. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Roberto Boskalyanı əvəz edəcək.