
De Byazi milliyə daha bir hücumçu dəvət etdi
- 21 Mar 2022 23:50
- 691
Futbol üzrə Azərbaycan milli komandasının heyətinə daha bir oyunçu dəvət olunub.
Rekord.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Rüstəm Əhmədzadə milli komandanın təlim-məşq toplanışında iştirak edəcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Maraqlıdır ki, AFFA ötən gün Rüstəmin U-21 yığmamızın toplanışına dəvət aldığını açıqlamışdı. Lakin sonradan gənc futbolçunun əsas milliyə cəlb olunması qərara alınıb.