Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında medal qazana bilməyib.


Rekord.az xəbər verir ki, Fidan Əlizadə (57 kq) 1/16 final mərhələsində Maritsa Perişiçə uduzub. Rəşid Məhəmmədəliyev ilk raunnda Kazbek Naquçevi (BƏƏ) mübarizədən kənarlaşdırıb, ardınca 1/8 finalda Laşa Şavdatuaşvilidən güclü olub. O, 1/4 finalda Baysanqur Baqayevə (Serbiya), təsəlliverici qarşılaşmada isə yapon Tatsuki İşiharaya məğlub olub.


Qeyd edək ki, daha əvvəl olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə yenilib.


Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.