Kişi basketbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb.

Rekord.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv Avropa zonası üzrə A qrupunun 2-ci turunda Kosovonu üstələyib.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutan qarşılaşmada yığmamız 87:77 hesablı qələbə qazanıb.

Yığmamız ilk turda İsveçrəyə (53:72) məğlub olmuşdu.