
Davin Cəfərov Portuqaliyada növbəti qələbəsini qazanıb
- 20 May 2025 19:51
- 55
Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyanın Evora şəhərində keçirilən beynəlxalq kartinq yarışında birinci olub. "Rekord.az" xəbər verir ki, “Tag livre” kateqoriyası üzrə keçirilən turnirdə İspaniya, Braziliya, Portuqaliya və Cənubi Afriadan peşəkar pilotlar iştirak edib. 908 metr uzunluğu olan Kartodromo de Evora trekində keçirilən yarışda Davin ilk dəfə çıxış etməsinə baxmayaraq ən sürətli pilot olub.
Davin Cəfərova kuboku 1979-cu ildə Portuqaliyanın Eştoril şəhərində baş tutan FİA Kartinq dünya çempionatında əfsanəvi Ayrton Senna ilə birgə mükafatçılar sırasında yer alan Harm Şurman təqim edib. Dünya çempionatına qatılmaq üçün lisenziya xalları qazanan Davin Cəfərov Portuqaliyanın Palmela beynəlxalq kartinq trekində keçiriləcək yerli çempionata hazırlaşır. X30 kateqoriyasında keçiriləcək yarış mayın sonlarında baş tutacaq.
Davin Cəfərov daha öncə EK125 CC kateqoriyası üzrə Portuqaliya Kubokunun qalibi olmaqla Avropa çempionatına vəzifə qazanıb.
Türkiyə, BƏƏ, Portuqaliyada keçirilən yarışlarda birinci olan Davinin məqsədi gələcəkdə Formula 1-ə yüksəlməkdir.
Beynəlxalq dərəcəli peşəkar kartinq pilotu olan Davin Portuqaliyada “Birel Art” komandasının şərəfini qoruyur. “Birel” Lyuis Hemilton, Niko Rosberq kimi Formula 1 ulduzlarını kəşf edib.
Yazar haqqında
