Futbol üzrə Danimarka çempionatının 2019/20 mövsümünün qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, çempionatın 32-ci turunda lider "Midtyulland" əsas izləyicisi "Kopenhagen"i qəbul edib. Rəqibini 3:1 hesabıyla məğlub edən meydan sahibləri xal ehtiyatını 78-ə çatdırmaqla izləyiciləri üçün əlçatmaza çevrilib.

Bu qələbə sayəsində "Midtyulland" vaxtından əvvəl Danimarka çempionu titulunu qazanıb. Bu artıq komandanın ölkə çempionatında üçüncü qələbəsidir. Sözügedən kollektiv daha öncə 2014/15 və 2017/18 mövsümlərində belə uğur qazanmışdı.