Futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun daha iki oyunu üçün təyinatlar açıqlanıb.

Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Zirə" - "Keşlə" qarşılaşmasını FİFA referisi Əliyar Ağayev idarə edəcək. 

"Qəbələ" - "Neftçi" matçı isə Rəvan Həmzəzadəyə tapşırılıb.

Azərbaycan Premyer Liqası
10-cu tur

22 noyabr

14:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu.

16:00. “Zirə” – “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
Zirə İdman Kompleksinin stadionu.