
“Daha çox qol vurmaq lazımdır” - Dambrauskas
- 30 İyl 2025 18:30
- 52
“Sabah” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında Moldovanın “Petrokub” komandası ilə qarşılaşacaq.
Rekord.az xəbər verir ki, “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan bir gün əvvəl jurnalustlər üçün brifinqi keçirilib.
Litvalı mütəxəssis yaxşı bərpa keçdiklərini bildirib:
“Baxmayaraq ki, ilk oyun nəticə bizim üçün uğurlu alındı, amma hələ heç nə bitməyib. Avrokubok oyunlarında rəqibə yuxarıdan aşağı baxmaq olmaz. 2:0 qalib gəlsək də, rəqibin gücünü bilirik. Çalışacağıq ki, sabah ən yaxşı oyunumuzu keçirək. Yaxşı bərpa keçmişik.
Yenə qeyd etmək istəyirəm ki, nəticə bizim üçün yaxşı olsa da, daha çox qollar vurmaq lazımdır. Arxayınlaşmaq olmaz. Düzdür, ilk oyunda qapımızda qol görmədik, amma bu o demək deyil ki, qarşıdakı oyunlarda da bu baş verməyəcək. Bizim üçün hücum xətti də, müdafiə də eyni siqmentdir.
Əlbəttə ki, uşaqların oyunundan, əsasən də, son 10 dəqiqədə razı qaldım. Amma ilk hissənin əvvəllərindəki və ikinci hissənin ortalarında göstərdikləri performans o qədər də yaxşı deyildi. Bütün bunlara baxmayaraq, mən futbolçularımın işgüzarlığından razıyam. İstəyirəm ki, komandam dominant futbol oynasın”.
Tərəflər arasında keçiriləcək matç sabah saat 20:00, Masazırdakı “Bank Respublika Arena”da start götürəcək. İlk oyunda Masazır təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.