
Daha bir komandaya texniki məğlubiyyət verildi
- 16:20
- 36
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda bu qurumun bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub.
Region Liqasının “Göyəzən” FK - “Şirvan” FK oyununda “Şirvan”ın heyətində N15 futbolçu Yusif Rufullazadə qarşılaşmanın 82-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Qarşılaşmanın 90-cı dəqiqəsində “Şirvan”ın heyətində N4 futbolçu Xalid Mahmudov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Gənclər Liqasının “Kəpəz” PFK - “Səbail” PFK oyununda “Kəpəz”in futbolçusu Nihad İsaqov qarşılaşmanın 71-ci dəqiqəsində təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Qarşılaşmanın 71-ci dəqiqəsində “Səbail”in futbolçusu Murad Muradzadə təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
Gənclər Liqasının “Sumqayıt” FK - “Sabah” FK oyunu bitdikdən sonra “Sumqayıt”ın futbolçusu Rəvan Məşiyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 4 oyun cəzalanıb.
U-17 Qızlar Liqasının “Zaqatala” PFK – “Şəfa” FK oyunu “Zaqatala”nın heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Zaqatala”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Həvəskarlar liqasının “Laçın Mərkiz” FK - “İstiqlal” FK oyunu geyimlərdə problemlər olduguna görə baş tutmadığı üçün hər iki komandaya xəbərdarlıq edilib. Oyun yenidən keçiriləcək.
Həvəskarlar liqasının “Gənclik” İK - “Ramana-2” FK oyununun 40-cı dəqiqəsində “Gənclik” İK komandasının oyunçusu Ümit Ünlü təcavüzkar davranışa (rəqibi yumruqla vurmaq və ya vurmağa cəhd) görə qırmızı vərəqə alaraq meydandan qovulduğuna üçün 4 oyun cəzalanıb.
Həvəskarlar liqasının İCBFA - ROFM oyununda ROFM komandasının oyunçusu Fuad Mərdanov komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan qovulduğuna görə 3 oyun cəzalanıb.
Həvəskarlar liqasının “Sparta” FC- “City Baku” oyununda “Sparta”nın oyunçusu Rəşad Mahmudov komanda yoldaşına qarşı təhqiredici, qeyri etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan qovulduğuna görə 3 oyun cəzalanıb. “Sparta”nın oyunçusu Anar Qarayev rəqib oyunçunu vuraraq, təhqiredici, qeyri etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan qovulduğuna görə 4 oyun cəzalanıb. “City Baku”nun oyunçusu Adıgözəl Abdullayev təhqiredici, qeyri etik ifadələr işlətdiyinə görə, qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 3 oyun cəzalanıb. “Sparta”nın oyunçusu Sadiq Qarayev təhqiredici, qeyri etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 3 oyun cəzalanıb. Oyun bitdikdən sonra “Sparta”nın oyunçusu Zaur Qarayev hakimlərə qeyri etik hərəkətlər etdiyinə görə qırmızı vərəqə ilə qovulduğuna, meydançadan çıxarkən hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb.