Hvan İn Bom Rusiyanı tərk edən legionerlərin sırasına qoşulub.


Rekord.az xəbər verir ki, o, “Rubin”lə müqaviləsinin icrasını 2022/23 mövsümünün sonuna qədər dayandırıb.

Koreyalı futbolçu karyerasını vətənində davam etdirəcək. 25 yaşlı yarımmüdafiəçi “Seul” ilə birillik müddətə anlaşıb. Hvan “Rubin”də 2020-ci ildən çıxış edirdi. O, Rusiya premyer-liqasında 35 oyuna 5 qol vurub.