
Daha bir azərbaycanlı futbolçu Qırğızıstana üz tutdu
- 24 İyl 2025 14:20
- 62
Azərbaycanın U-21 millisinin sabiq üzvü Orxan Əliyevin yeni klubu bəlli olub.
Rekord.az xəbər verir ki, bu barədə 29 yaşlı hücumçu özü məlumat verib.
O, Qırğızıstanın "Ozqon" klubu ilə 6 aylıq müqavilə bağladığını bildirib. Qırğızıstan Premyer Liqasında çıxış edən klub hazırda 13 turdan sonra 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.
Orxan Əliyev 2024/25 mövsümünün ilk yarısını "Kəpəz"də keçirib, yanvarda isə "Turan Tovuz"a transfer olunub.
Xatırladaq ki, Orxan Əliyev Qırğızıstanda çıxış edəcək 7-ci azərbaycanlı futbolçudur. Daha əvvəl Mirabdulla Abbasov və İlkin Muradov "Abdış-Ata", Ramin Əhmədov, Habil Nurəhmədov, İldar Alekperov və Nazim Məmmədzadə isə "Alay"a keçib. (qol.az)