Serbiyanın “Srvena Zvezda” klubunda 6 futbolçu koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandadan götürülən testlərdə 6 futbolçunun nəticəsi müsbət olub. Həmin şəxslər Srdan Spiridonoviç, Velko Nikoliç, Straxinya Erakoviç, Marko Gobeliç, Branko Yoviçiç və Duşan Yovançiçdir.

Virusa yoluxan futbolçular karantinə alınıb.