Türkiyə Kubokunun 1/8 final mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” növbəti mərhələyə vəsiqə uğrunda “Başakşəhər”lə üz-üzə gələcək.

Bir görüşdən ibarət olacaq bu mərhələnin oyunları 6-8 fevralda keçiriləcək.

Sivasspor - Konyaspor
Başakşəhər - Hatayspor
Gənclərbirliyi - Trabzonspor
Antalyaspor - Beşiktaş
Karagümrük - Samsunspor
Ankaragücü - Ərzincanspor
Qalatasaray - Bandırmaspor
Qaziantep - Fənərbaxça