Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 31-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Videnbrük”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Şalke”nin ikinci komandası hazırda 45 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.