Naxçıvan MR Culfa rayonunda “Heydər Əliyev İli” ilə əlaqədar uşaq və yeniyetmələr arasında cüdo üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, Əbrəqunus kənd tam orta məktəbində reallaşan yarışda 11 çəki üzrə 65 idmançı qələbə uğrunda mübarizə aparıb.

İlk üç yerin sahibləri diplom, fəxri fərman və medallarla təltif ediliblər.