UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın Bakıda "Şelburn"a (İrlandiya) qarşı keçirəcəyi matçın hakimləri açıqlanıb.


Rekord.az xəbər verir ki, Bakıda baş tutacaq oyun İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.


Görüşün baş hakmi Andrea Kolombo olacaq. Ona Stefano Alassio və Dario Cekkoni yardım edəcəklər. Dördüncü hakim funksiyasını Kevin Bonakina yerinə yetirəcək.


VAR hakimi Daniele Doveri, AVAR hakimi isə Daniele Paterna olacaq.


"Qarabağ" - "Şelburn" matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.