“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Dublin şəhərində “Şelbrun”la (İrlandiya) qarşılaşacaq.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ” bu oyundan əvvəl ciddi itki ilə üzləşib.


Monteneqrolu yarımmüdafiəçi Marko Yankoviç zədə səbəbindən səfər matçına aparılmayıb.


“Şelburn” – “Qarabağ” oyunu bu gün, saat 22:45-də “Tolka Park”da start götürəcək.