
ÇL-də həftənin yaxşı oyunçusu adına 4 namizəd
- 23 Fev 2023 10:45
- 374
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin son dörd ilk oyunundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Rekord.az xəbər verir ki, UEFA bu ada 4 namizəd seçib.
Bunlar İrvinq Losano ("Napoli", İtaliya), Hakan Çalhanoğlu ("İnter", İtaliya), Vinisius Junior (“Real”, İspaniya) və Riyad Mahrezdir ("Mançester Siti", İngiltərə).
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə yolu ilə müəyyənləşəcək.