
ÇL: “Arsenal” PSJ-yə ilk oyunda məğlub oldu
- 00:57
- 34
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, bu gün yarımfinalın ilk oyunu çərçivəsində “Arsenal” PSJ ilə qarşılaşıb.
İngiltərə və Fransa təmsilçilərinin Londonda baş tutmuş görüşündə qonaqlar qələbə qazanıblar.
Yarımfinalın digər matçı sabah “Barselona” və “İnter” arasında keçiriləcək.
Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
29 aprel
Arsenal (İngiltərə) - PSJ (Fransa) 0:1
Qol: Dembele, 4.