UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində üz-üzə gələcək komandaların siyahısı dəqiqləşib.

Rekord.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” 3-cü təsnifat mərhələsinə vəsiqə uğrunda İsveçrə “Sürix”i ilə mübarizə aparacaq.

2-ci təsnifat mərhələsinin ilk oyunları 19-20 iyulda, cavab matçları isə 26-27 iyulda baş tutacaq.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi

Ferentsvaroş (Macarıstan) - Slovan (Bratislava, Slovakiya)
Dinamo (Zaqreb, Xorvatiya) - Şkupi (Şimali Makedoniya)
Qarabağ (Azərbaycan) - Sürix (İsveçrə)
HJK (Finlandiya) - Viktoriya (Plzen, Çexiya)
Linfild (Şimali İrlandiya) - Bodo Qlimt (Norveç)
Jalgiris (Litva) - Malmö (İsveç)
Ludoqorets (Bolqarıstan) - Şemrok Rovers (İrlandiya)
Maribor (Sloveniya) - Şerif (Moldova)
Makkabi (Hayfa, İsrail) – Olimpiakos (Yunanıstan)
Pünik (Ermənistan) - Düdelanj (Lüksemburq)
Midtyulland (Danimarka) – AEK (Kipr)
Dinamo (Kiyev, Ukrayna) – Fənərbaxça (Türkiyə)