"Çelsi" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Rekord.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

London təmsilçisi "Çikaqo Fayr"dan qapıçı Qabriel Slonina ilə razılaşıb. Yaxında 18 yaşlı qolkiperlə müqavilə imzalanacaq. "Çelsi" oyunçunu almaq üçün mübarizədə "Real"ı qabaqlayıb. Çünki danışıqlarda klubun sahibi Tod Boeli şəxsən iştirak edib.

Qeyd edək ki, Qariel 2022-ci ildə 18 matçda meydanda olub.