Avropa Voleybol Konfederasiyasının (CEV) növbəti dəfə həmyerlimizə etimad göstərib. "Rekrod.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, CEV Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova kişi voleybolçular arasında "Gümüş Avropa Liqası"nın qarşılaşmasına təyinat alıb.

İsmayılova B qrupunda mübarizə aparan Gürcüstan və Avstriya yığmaları arasında keçiriləcək matçda supervayzer funksiyasını yerinə yetirəcək. Görüş bu gün Gürcüstanda baş tutacaq.

CEV-in bu matç üçün təyinatına əsasən İsmayılova görüşün hakimləri moldovalı Andrei Taran və gürcüstanlı Mixail Guniavanın işinə qiymət verəcək.