
Çerçesovun yeni iş yeri məlum oldu
- 17:30
- 55
Məşhur mütəxəssis Stanislav Çerçesovun yeni iş yeri müəyyənləşib.
Rekord.az xəbər verir ki, mütəxəssis Rusiya "Axmat"ının baş məşqçisi təyin olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 3 illik müqavilə imzalayıblar.
Çerçesov 2011-2013-cü illərdə də "Axmat"a rəhbərlik edib. Onun son iş yeri isə 2025-ci ilin yanvarında tərk etdiyi Qazaxıstan millisi olub.