Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu
- 26 Fev 2026 19:30
- 112
"Atletiko"nun futbolçusu Aleksandr Sörlot azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu pley-off mərhələsinin cavab oyununda "Brügge" (Belçika) ilə keçirilən görüşdə (4:1) het-trik edərək komandasının qələbəsində əsas pay sahibi olub.
Borveçli futbolçu səsvermədə Yens Petter Hauqe ("Bodo Qlimt"), Orelyen Tçuameni ("Real") və Viktor Osimheni ("Qalatasaray") qabaqlayıb.