Futbol üzrə UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu ada Almaniyanın “Bayern” klubunun hücumçusu Robert Levandovski layiq görülüb.

Qrup mərhələsinin 4-cü turunda Münhen təmsilçisinin "Benfika"nı (Portuqaliya) 5:2 hesabı ilə məğlub etdiyi görüşdə Levandovski het-trikə imza atıb.

Polşalı futbolçudan başqa həftənin ən yaxşı oyunçusu adına Pedro Qonçalves (“Sportinq”), Kristiano Ronaldo (“Mançester Yunayted”) və Paulo Dibala (“Yuventus”) da namizəd idi.