"Çelsi"yə qoyulmuş transfer qadağası ləğv olundu
- 06 Dek 2019 17:21
- 1017
İdman Arbitraj Məhkəməsi (CAS) “Çelsi”yə tətbiq edilən transfer qadağası ilə bağlı klubun şikayətini təmin edib.
Rekord.az CAS-ın saytına istinadən xəbər verir ki, London klubunun pəncərəsi üçün cəzası 1-ə endirilib. Beləliklə, artıq qarşıdakı yanvar ayında onlar futbolçu ala, sata, icarəyə verə və götürə biləcəklər.
Xatırladaq ki, daha əvvəl FİFA yeniyetmə futbolçuların transferi məsələsində beynəlxalq qaydaları pozduğu üçün “Çelsi”yə 2 transfer pəncərəsini əhatə edən qadağa tətbiq etmişdi.