
"Çelsi"nin yeni sahibi kim olacaq?
- 05 Mar 2022 15:41
- 524
"Çelsi"nin yeni sahibi martın 7-də müəyyənləşə bilər.
Rekord.az xəbər verir ki, London təmsilçisinin hazırkı rəhbəri Roman Abramoviç bu istiqamətdə danışıqları davam etdirir.
İddiaya görə, hazırda potensial alıcılardan biri isveçrəli iş adamları Hansyorq Viss və Todd Belinin də daxil olduğu ABŞ-İsveçrə konsorsiumudur.
Tərəflərin tezliklə razılığa gələcəyi və rəsmi müqavilənin növbəti həftənin əvvəlində imzalanacağı gözlənilir.
Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. O, martın 2-də isə klubu satmaq niyyətində olduğunu açıqlayıb.