
“Çelsi”dən Fransa klubuna
- 28 İyl 2025 19:00
- 153
İngiltərə təmsilçisi "Çelsi" 19 yaşlı qapıçısı Mayk Pendersi icarə əsasında Fransa kollektivi "Strasbur"a göndərib.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Gənc qolkiper 2025/2026 mövsümünün sonunadək Liqa 1 komanasının şərəfini qoruyacaq.
Penders yayda klublararası dünya çempionu olan "Çelsi"nin heyətində yer alıb. Ötən mövsümü isə icarə əsasında ölkəsi Belçikanın "Genk" klubunda keçirib