"Borussiya" Almaniya millisinin üzvü Timo Verneri heyətinə qatacaq. 

Rekord.az "Sky Sport Germany" portalına istinadən xəbər verir ki, "Çelsi"də xoşbəxt olmayan forvard ölkəsinə qayıtmağı planlaşdırır.

"Ştutqart" və "Leypziq"də oynamış futbolçu "Borussiya"nın transfer siyahısındadı.

Erlinq Haalandın yayda komandanı tərk edəcəyini ehtimal edən Dortmund klubunun rəhbərliyi yaranacaq boşluğu Vernerlə dolduracaq. Artıq futbolçu ilə ilkin danışıqlar baş tutub və forvard özü də Almaniyaya qayıtmaq niyyətində olduğunu bildirib.

​Forvard 2020-ci ildən “Çelsi”də çıxış edir və 46 matçda 7 qol vurub.