
“Çelsi”dən “Bornmut”a
- 16 İyl 2025 20:30
- 40
İngiltərə Premyer Liqası təmsilçisi "Bornmut" "Çelsi"nin qapıçısı Corce Petroviçi transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
25 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb. Petroviç ötən mövsüm icarə əsasında Fransa təmsilçisi "Strasburq"da çıxış edib və Liqa 1-də 31 oyuna çıxıb.