"Arsenal" hücum xəttini yeni oyunçu ilə gücləndirib.


Rekord.az xəbər verir ki, London təmsilçisi "Çelsi"dən Noni Maduekeni transfer edib.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İngiltərəli yarımmüdafiəçi üçün "Çelsi"yə 55+5 milyon avro təzminat ödəniləcək. 


İngiltərə millisinin üzvü ötən mövsüm "Çelsi"nin heyətində 46 rəsmi matçda 11 qol vurub və 5 məhsuldar ötürmə edib.