
“Çelsi” yeni transferinə qovuşdu
- 16:40
- 43
"Çelsi" Estevan Villianın komandaya qoşulması ilə bağlı xəbəri açıqlayıb.
Rekord.az xəbər verir ki, London klubu "Palmeyras"ın 18 yaşlı hücumçusu ilə ötən il müqavilə imzalamışdı.
Klublar arasında razılaşmaya əsasən, Estevan komandaya indi qoşulub. Bu transfer üçün "Çelsi" 34 milyon avro transfer məbləği və əlavə 27 milyon bonuslar ödəyib.
İstedadlı futbolçu "Palmeyras"ın heyətində 83 oyunda 27 qol vurub, 15 ötürmə verib.