İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində baş tutan London derbisində "Arsenal"ın qonağı olan "Çelsi" bu oyundan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.

Rekord.az xəbər verir ki, bu məğlubiyyətlə "zadəganlar" son 30 ilin antirekorduna imza atıblar.

Belə ki, "Çelsi" 1993-cü ildən bəri ilk dəfə ardıcıl 6 oyundan məğlubiyyətə ayrılıb.

Mövsümün sonuna kimi komandaya müvəqqəti baş məşqçi təyin olunmuş Frenk Lempard da “Çelsi”də antirekord müəllifi olub. Aprelin əvvəlindən bu postda olan ingilis mütəxəssis klub tarixində ilk 5 matçda məğlub olan ilk məşqçi kimi tarixə düşüb.

Xatırladaq ki, “Çelsi” hazırda Premyer Liqada 39 xalla 12-ci pillədə qərarlaşıb.