
"Çelsi" Tuhelli saxlamaq istəyir
- 16 Avq 2022 23:00
- 407
"Çelsi" baş məşqçisi Tomas Tuhellə əməkdaşlıqdan məmnundur.
Rekord.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
London təmsilçisinin mütəxəssislə müqaviləni uzatmaq istədiyi vurğulanıb. Klub ona 4 illik yeni müqavilə təklif etməyə hazırdır. Artıq tərəflər danışıqlara başlayıb.
Qeyd edək ki, Tuhelin "Çelsi" ilə hazırkı müqaviləsinin müddəti 2024-cü ilin iyununa qədər hesablanıb.