
"Çelsi" "Real"la oyuna azarkeşsiz çıxa bilər
- 19 Mar 2022 14:21
- 541
"Çelsi" Çempionlar Liqasının 1/4 finalında "Real"a qarşı keçiriləcək oyuna azarkeşsiz çıxa bilər.
Rekord.az xəbər verir ki, bu barədə Britaniy mətbuatı məlumat yayıb.
"Çelsi"nin sahibi Roman Abramoviçə qarşı tətbiq edilən sanksiyalara görə London klubuna da biletlərin satışı qadağası qoyulub. Komandanın daimi azarkeşlərinin oyunlara qatılmaq hüququ isə 1/4 final matçına şamil olunmur. Britaniya hökuməti məhdudiyyətləri yüngülləşdirməsə, oyunda "Çelsi" azarkeşləri olmayacaq.
Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Bu, “Çelsi”yə də yansıyıb. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib. Həmçinin "Çelsi"nin bank hesabı bloklanıb. Amma bundan sonra "Çelsi"nin hazırkı duruma baxmayaraq, klubun satışının mümkün olacağı bildirilib.
Xatırladaq ki, bu komandaar arasında ilk oyun aprelin 5-i Londonda, cavab qarşılaşması isə aprelin 12-si Madriddə olacaq.