"Çelsi" "Milan"ın forvardı Rafael Leaonu transfer etmək istəyir.

Rekord.az xəbər verir ki, "rossonyerlər" portuqaliyalı ilə müqavilə müddətini uzada bilmir.

23 yaşlı futbolçunun "zadəganlar"la razılıq əldə edildiyi və yaxın günlərdə onlarla müqavilə imzalayacağı iddia edilir.

"Milan" onun üçün 80-90 milyon avro tələb edir.