"Çelsi" futbolçusu Mark Qiunu Premyer Liqanın digər təmsilçisi "Sanderlend"ə icarəyə verib.


Rekord.az xəbər verir ki, bu barədə Sanderlend təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


19 yaşlı ispaniyalı futbolçu ilə 2025/2026 mövsümünün sonuna qədər icarə müqaviləsi imzalanıb.


Qiu 2024-cü ildə "Barselona"dan (İspaniya) "Çelsi"yə transfer olunub. O, London təmsilçisinin heyətində cəmi 3 matça çıxıb.