
Cavid İmamverdiyev əməliyyat olundu
- 23 Fev 2022 21:04
- 608
“Kəpəz”in zədəli futbolçusu Cavid İmamverdiyev əməliyyat olunub.
Rekord.az xəbər verir ki, yarımmüdafiəçi Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzdə cərrah masasına uzanıb.
İmamverdiyev sağ diz oynağında menisk yırtığından əziyyət çəkirdi. O, bu səbəbdən bir müddət idi ki, məşqlərdə iştirak edə bilmirdi.