"Kəpəz"dən ayrılandan bəri klubsiz qalan Cavid İmamverdiyev mini-futbola yönəlir.

Rekord.az-a daxil olan məlumata görə, ona da mini-futbol millisində oynamaq təklif olunub.

Eyni zamanda, ölkə çempionatında çıxış edən iddialı komandalardan birinin də şərəfini qoruya bilər.

Maraq üçün qeyd edək ki, daha öncə "Bakı" və "Sumqayıt"ın sabq üzvü Vüqar Bəybalayev də mini-futbola keçmişdi.