
Canni De Byazi jurnalistlərin qarşısına çıxacaq
- 17 Mar 2022 19:00
- 511
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin mətbuat konfransı keçiriləcək.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı məşqçinin mətbuat konfransı martın 22-də, saat 15:30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Saat 16:00-da isə millinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi olacaq.
Azərbaycan millisi beynəlxalq yoxlama oyunları çərçivəsində martın 25-də Malta, 29-da isə Latviya yığması ilə qarşılaşacaq. Hər iki oyun Maltada, “National Stadium”da keçiriləcək.