
Caka İngiltərə klubunda
- 30 İyl 2025 17:00
- 54
"Sanderlend" isveçrəli yarımmüdafiəçi Qranit Cakanın transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniyanın "Bayer" klubundan transfer olunan İsveçrə yığmasının 32 yaşlı yarımmüdafiəçisi ilə üç illik müqavilə imzalanıb.
Caka 2023-cü ildən Bundesliqa klubunun formasını geyinirdi.