
“Bütün gücümüzü meydanda qoyacağıq” – Elmar Baxşıyev
- 23 İyl 2025 19:21
- 41
"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"ə qarşı keçirəcəkləri oyundan fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, oyundan öncə keçirilən mətbuat konfransında ilk qarşılaşmadan sərfəli nəticə ilə ayırlmaq istədiklərini söyləyib:
"Sabahkı oyunun vacibliyini hər kəs dərk edir. Qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanıram ki, sabah futbolçularımız meydanda ən yaxşısını edəcəklər. Təcrübəsiz kimi görünsək də, bütün gücümüzü meydanda qoyacağıq. Yaxşı futbolçulara malikik. Komandamız avrokuboklarda debüt etsə də, heyətdə Avropa turnirlərində çıxış etmiş futbolçular yer alır. İnanırıq ki, həmin oyunçuların təcrübəsi bizə sabahkı matçda öz köməyini göstərəcək".
Baxşıyev rəqib komandanın yayda keçirdiyi bütün yoxlama görüşlərini izlədiklərini bildirib:
"Elə bir zamandayıq ki, heçnəyi gizlətmək olmur. Rəqib komandanın görüşlərini izləmişik və lazımınca təhlil apara bilmişik".
“Araz-Naxçıvan” – “Aris” qarşılaşması sabah, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq.