Rekord.az xəbər verir ki, “Neftçi”nin əsas üzvlərindən olan Sabir Buqrin haqda “Futbol+”ə informasiya daxil olub.

Belə ki, mərakeşli futbolçu ilə Türkiyənin “Kocaelispor” klubu yaxından maraqlanır. İzmit təmsilçisi qış transfer dönəmində yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədi. Türkiyə klubu bu səbəbdən indidən futbolçu və “Neftçi” rəhbərliyi ilə təmasa keçib. “Kocaelispor” hər iki tərəfi bu keçidə razı salmaq niyyətindədi.

İnformasiyanın dəqiq olub-olmadığını klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin dilindən eşidək: “Sabir Buqrinin bizimlə müqaviləsi var. Ən azı mövsümün sonuna qədər bizimlə olacaq”.