“Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəkləri cavab matçından öncə fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, bu gün Plzendə baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizi çətin oyun gözləyir. Rəqibi yaxşı analiz etmişik. Fiziki və taktiki baxımdan hazırıq. Sabah yaxşı nəticə ilə qrupa vəsiqə qazanmağa çalışacağıq”.

30 yaşlı yarımmüdafiəçi heç vaxt ÇL-in qrupunda oynamadığını söyləyib: "Bu addımı atmaq üçün əlimizdən gələni edəcəyik”.

Sabah Plzendə keçiriləcək "Viktoriya" - "Qarabağ" matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək. Bakıda keçirilmiş ilk oyun qolsuz bitib.