Almaniya Bundesliqasının oyunları bir dəqiqəlik sükutla başlaya bilər.

Rekord.az xəbər verir ki, bu barədə Almaniya Futbol Liqası (DFL) bəyanat yayıb.

Qurum Rusiya və Ukrayna arasında yaşanan münaqişə ilə bağlı birinci və ikinci Bundesliqada mübarizə aparan klublara matçlara bir dəqiqəlik sükutla başlamağı tövsiyə edib:

"DFL Rusiyanın Ukraynaya təcavüzünü ən sərt şəkildə pisləyir. İstənilən formada müharibə yolverilməzdir və idman dəyərlərinə uyğun gəlmir. Biz zərərçəkənlərə görə narahatıq. DFL bu məsələ ilə bağlı milli və beynəlxalq qurumlarla əlaqə saxlayır. DFL, Bundesliqa 1 və Bundesliqa 2 klublarına qarşıdakı turdakı matçlara rəğbət və sülhə sadiqlik əlaməti olaraq bir dəqiqəlik sükutla başlamağı tövsiyə edir".