İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffon DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda İran millisinin Uels üzərində qələbəsinə (2:0) münasibət bildirib.

Rekord.az xəbər verir ki, 44 yaşlı qolkiper öz sosial şəbəkə hesablarında yazıb:

“Siz cəsarətinizlə tarixə düşəcəksiniz. Bugünkü qələbə ölkənizdə azadlıq uğrunda mübarizə aparanlara ümid və güc nişanəsidir. Çoxları üçün siz qəhrəmansınız, mənim üçün nümunədir”.

Qeyd edək ki, bu oyundan sonra İran 3 xalla B qrupunda ikinci, Uels bir xalla sonuncu yerdədir.