“Bu turnir bizim üçün böyük təcrübə oldu”
- 13:40
- 25
“Sabah” basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytisi FIBA Çempionlar Liqasında Almaniyanın “Alba Berlin” komandasına qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 82:106 hesablı məğlubiyyəti belə şərh edib:
“Bu, bizim çempionlar liqasında ilk mövsümümüz idi. Əlbəttə, təcrübə baxımından problemimiz var. Bu da təbii haldır. Evdə çox yaxşı oyunlarımız oldu. Amma təəssüf ki, evdəki performansı səfər oyunlarında nümayiş etdirə bilmədik. Heyətdə rotasiya ilə bağlı çətinliklərimiz var. Biz 7 nəfərlə ilk 3 periodlarda yaxşı mübarizə aparırıq, lakin əvvəlki bəzi oyunlarda olduğu kimi bu dəfə də son periodda heyətdəki rotasiya imkanlarının çatışmazlığı səbəbindən istədiyimizi edə bilmirik. “Alba Berlin”də eyni zamanda 3-4 oyunçu əvəzlənir, amma bizdə belə bir imkan yoxdur. Buna baxmayaraq, bu turnir bizim üçün böyük təcrübə oldu”.